image

ALREN Azerbaijan” (Alternative and Renewable Energy Azerbaijan) 5 iyun 2018-ci ildə, Ümumdünya Ətraf Mühit Günündə yaradılıb. Ölkədə bir ilk olan layihə, alternativ və bərpa olunan enerji sahəsi istiqamətində Azərbaycanda və dünyada baş verən maraqlı xəbərləri, texnoloji yenilikləri və məlumatları izləyicilərinə çatdırıb. Sosial şəbəkələr vasitəsi ilə 10 mindən çox izləyici kütləsinə müntəzəm olaraq faydalı və maraqlı informasiyalar, rəsmi statistikalar və videoçarxlar doğma dilimizdə təqdim olunub.

Layihə ölkəmizdə bu sahənin inkişafına dəstək olmaq, Azərbaycanda yeni və inkişaf edən sektor üzrə ictimaiyyəti məlumatlandırmaq, bununla da, sektor üzrə xəbər və məlumat azlığını qismən də olsa aradan qaldırmaq məqsədi ilə yaradılıb.

“ALREN Azerbaijan” layihəsi "Azərbaycan Elm Assosiasiyası" tərəfindən 13-14 aprel 2019-cu ildə təşkil edilən "Multidissiplinar Elmi Forum"un və 16 noyabr 2019-cu ildə koreyalı mütəxəssis Dong Won Parkın təqdimatı ilə keçirilən “Fukuşima fəlakətindən sonra nüvə və bərpa olunan enerji mənbələrinin bu günü və gələcəyi” seminarının tərəfdaşı olmuşdur. 24 aprel 2020-ci ildə feysbukda bərpa olunan enerji üzrə mühəndis-energetik Cahid Mikayılov tərəfindən "Günəş fotovoltaik (PV) texnologiyası" adlı vebinar keçirilib.

2 sentyabr 2020-ci ildə "Azərbaycan Bərpaolunan Enerji Assosiasiyası" (AZREN) təsis edilib. Təşkilatın dövlət qeydiyyatına alınması üçün müvafiq orqana müraciət edilib.


"Yaşıl Enerji" qrupu bu sahədə çalışanları bir araya toplamaq, informasiyaları paylaşmaq və mübadilə etmək məqsədilə 15 aprel 2019-cu ildə yaradılıb. Qrup üzvləri alternativ və bərpa olunan enerji mənbələri, yaşıl iqtisadiyyat, ətraf mühitin qorunması və digər bu kimi istiqamətlərdə istənilən paylaşımlar yayımlaya bilər. Hazırda qrupun 1.4 mindən çox üzvü var.

Ətraflı baxın: Yaşıl Enerji

www.berpaolunanenerji.az bərpa olunan enerji sahəsi üzrə ilk ixtisaslaşmış informasiya portalıdır. Azərbaycanda və dünyada baş verən ən son xəbərlər, rəsmi hesabatlar, müsahibələr və araşdırma məqalələri oxuculara təqdim edilir. Portal 2 aprel 2021-ci ildə ilk xəbərini dərc edib.