2023-cü ildən Berlin evlərində günəş panellərindən istifadə məcburi olacaq

image

Berlində istifadə sahəsi 50 m2-dən çox olan yeni evlərin damında günəş elektrik sistemlərinin inşası 2023-cü ildən etibarən məcburi olacaq.

"Berpaolunanenerji.az" PV Magazine-ə istinadən xəbər verir ki, Berlin Nümayəndələr Palatası şəhərdəki evlərin damında günəş panellərinin inşasının məcburi olduğu "günəş qanun"u qəbul edib.

2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək qanun, istifadə sahəsi 50 m2 olan yeni binaların elektrik ehtiyacını günəş enerjisindən almağı məcbur edir. Eyni zamanda, mövcud binalarda da günəş enerjisindən istifadə məcbur olacaq.

Şəhərdə təxminən 530 min bina (ev-red.) mövcuddur. Qanuna görə isə evlərin ümumi sahəsinin 30 %-i günəş panellərinin quraşdırılması üçün istifadə olunmalıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *