ABŞ Asiya ölkələrindən idxal olunan günəş panellərinə rüsum tətbiq edə bilər

image

ABŞ ticarət nazirliyi Malayziya, Tailand və Vyetnamdan idxal olunan günəş panellərinə tariflərin tətbiqinə ehtiyac olub-olmamasına qərar verəcək.

Bu barədə “Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir.

ABŞ Günəş Enerjisi Müəssisələri Assosiasiyasının (SEIA) məlumatına əsasən, günəş panellərinin 80 faizi Malayziya, Tailand və Vyetnamdan idxal olunur.

SEIA ticarət nazirliyinə məktubla müraciət edərək, tətbiq ediləcək tariflərin günəş enerjisi sektorunun böyüməsinə mane olacağını bildirib.

Məktubda bildirilir ki, bu ölkələrdən idxal olunan panellərə rüsum tətbiq edilməsi, ölkədə gələcək iki il ərzində qurulacaq günəş enerjisi gücünün 30 faizini sual altına qoyacaq.

Qeyd edək ki, ABŞ 2023-cü ilə qədər günəş enerjisinə 18 QVt güc əlavə etməyi planlaşdırır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *