Ağdam Sənaye Parkında "yaşıl enerji"dən istifadə edilir

image

Hazırda Ağdam şəhərinin konsepsiyasına uyğun olaraq, Sənaye Parkının meşə zolağının salınması istiqamətində işlər davam etdirilir və suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə edilir.

"Berpaolunanenerji.az"ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sənaye Parkının sosial zonasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və batareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir.

Qeyd edək ki, Ağdam Sənaye Parkında sosial zonanın işıqlandırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *