Almaniyada bərpaolunan enerji istehsalı azalıb

image

Cari ilin doqquz ayında Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 43 faiz olub.

Bu barədə "Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir.

Qeyd edək ki, bir əvvəlki ilin hesabat dövründə bu göstərici 48 faiz təşkil edib.

Bərpaolunan enerji mənbələrinin payının azalmasına əsas səbəblərdən biri külək enerji istehsalının azalması olub. Belə ki, qurudakı külək elektrik stansiyalarından enerji istehsalı cari ilin doqquz ayında 16,7 faiz azalıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *