Almaniyanın Bavariya əyaləti geotermal enerjidən istifadəni 25 %-ə çatdırmağı hədəfləyir

image

2050-ci ilə qədər Almaniyanın Bavariya əyalətində isitmə tələbinin 25 %-i geotermal enerjidən qarşılanacaq.

“Berpaolunanenerji.az” “Tiefe Geothermie”ə istinadən xəbər verir ki, bu barədə “Bavariyanın Enerji Atlası”nda məlumat dərc edilib.

Bavariyanın Baş naziri Markus Zöder, hökumətin iqlim qorunması ilə bağlı bəyanatında əyalətin isitmə üçün geotermal enerji mənbələrini sürətlə inkişaf etdiriləcəyini bildirdi.

M.Zöder: “2050-ci ilə qədər Bavariya əyalətində isitmə tələbinin 25 %-i geotermal enerjidən qarşılamağı planlayırıq. Hazırda isə əyalətin isitmə ehtiyacının 0,6 %-i geotermal mənbədən qarşılanır”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *