"Apple" bərpa olunan enerji məsələlərinin həllini sürətləndirir

image

"Apple" şirkəti planladığı 8 qiqavat qoyuluş gücünə çatması ilə 100 % yaşıl enerjiyə keçdiyini açıqlamışdı. Şirkətin dünya miqyasında 110-dan çox istehsal tərəfdaşı var.

"Berpaolunanenerji.az" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, 100 % bərpa olunan enerjiyə keçid sayəsində ildə 15 milyon tondan çox CO2 emissiyasının qarşısı alınacaq. Bu rəqəm ildə 3,4 milyon nəqliyyat vasitəsinin azalmasına bərabərdir. 

Bundan başqa şirkət, CO2 emissiyasını azaltmaq üçün ABŞ-ın Kaliforniya ştatında böyük bir enerji saxlama layihəsinə yatırım edir. “California Flats” adlanan layihə 7 min evə enerji verə biləcək və 240 meqavat-saat enerji saxlama gücünə sahib olacaq.

“Təchizatçılarımızın 2030-cu ilə qədər sıfır karbon olmalarına kömək etməyə ciddi qərarlıyıq və bizə qoşulan şirkətlərin ABŞ, Almaniya, Çin, Fransa və Hindistan kimi bir çox ölkədə və fərqli sektorlarda olmağı bizi həyəcanlandırır”, - şirkətin ətraf mühit, siyasətlər və sosial təşəbbüslərdən cavabdeh rəhbər köməkçisi Liza Cekson qeyd edib.

Qısa müddət əvvəl dünyada ətraf mühit layihələrinə 4,7 milyard dollar yatırdığını bildirən şirkət, karbon ayaq izini 40 % azaltmağa nail olub.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *