Avropanın ekoloji təmiz enerji mənbələrinə keçid siyasəti qarşıdakı qışda regionu fəlakətə sürükləyə bilər

image

Avropanın ekoloji təmiz enerji mənbələrinə keçid siyasəti qarşıdakı qışda regionu fəlakətə sürükləyə bilər.

“Berpaolunanenerji.az” “Forbes” nəşrinə istinadən xəbər verir ki, bunu müstəqil ekspert David Blakmon (David Blackmon) bildirib.

Onun fikrincə, "yaşıl enerji"yə sürətlə keçən Avropada bir sıra ölkələr İES-ləri artıq bağlayıb. Son vaxtlar qazın kəskin bahalaşması Avropada kömürə marağı artırsa da, regionda kömür ehtiyatlarının kasadlığı mövcud ehtiyacları qarşılamaq üçün kifayət etmir.

“Wood Mackenzie” məsləhət mərkəzi isə bəyan edib ki, kommunal xidmətlərlə bağlı ehtiyacları bütövlükdə kömür vasitəsilə ödəmək mümkün deyil. Ümumiyyətlə yeraltı yanacaqdan imtina edərək bərpaolunan enerjiyə tələm-tələsik keçmək siyasəti həm Avropada, həm də başqa regionlarda ciddi böhrana səbəb olacaq.

Ekspertlərin fikrincə, “mənasız siyasi qərarlar üzündən” yaranmış mövcud vəziyyətdən tez bir zamanda çıxmaq mümkün deyil, çətinlikləri dəf etmək üçün elə ekoloji təmiz mənbələrə keçmək kimi 10 il vaxt lazım gələcək.

“Wood Mackenzie”, eləcə də “Rystad Energy” məsləhət mərkəzlərinin təqdim etdiyi hesabatda yeraltı mənbələrin kəşfiyyatına yatırılan sərmayələrin yüz milyonlarla dollar az olduğu qeyd olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *