Avropaya gələcəkdə “yaşıl enerji”nin ixracı planlaşdırılır

image

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Yunanıstan Respublikasının ətraf mühit və energetika naziri Konstantinos Skrekasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlərə dair müzakirələr aparılıb.

Nazir Pərviz Şahbazov Azərbaycanda mövcud çağırışlara uyğun olaraq yaşıl enerji keçidi prosesi çərçivəsində görülən işlər barədə məlumat verib. Avropaya təbii qazla yanaşı gələcəkdə “yaşıl enerji”nin də ixracının planlaşdırıldığı diqqətə çatdırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *