Azad edilmiş ərazilərdə enerji səmərəliliyi təmin ediləcək

image

Azad edilmiş ərazilərdə enerji səmərəliliyi təmin ediləcək.

"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında tikintidə enerji səmərəliliyi tələblərinin müəyyən edilməsi, enerji istehlak edən və enerji istehlakına təsir edən cihazların, avadanlıqların və materialların seçimi zamanı enerji səmərəliliyinin nəzərə alınması üçün təkliflərin hazırlanması, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi məqsədilə tədbirlərin təşviqi, tikinti qurğularında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi əksini tapıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *