Azərbaycan Gənclər İqlim Konfransı keçirilib

image

IDEA İctimai Birliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənclər İqlim Konfransı keçirilib.

"Berpaolunanenerji.az" IDEA-ya istinadən xəbər verir ki, tədbir zamanı diplomatik korpusun nümayəndələri, ekspertlər və gənc liderlər Böyük Britaniyanın Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) nəticələrini nəzərdən keçirib, iqlim böhranı ilə mübarizə yollarını müzakirə ediblər. Həmçinin, konfransda Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə səyləri, qlobal istiləşmə probleminin həllində gənclərin rolu və liderlik perspektivlərinə dair təqdimatlar edilib və fikir mübadiləsi aparılıb.

Qeyd edilməlidir ki, 2021-ci ildə keçirilmiş COP26 İqlim Konfransında dünya ictimaiyyəti tərəfindən istixana emissiyalarının azaldılması və qlobal istiləşmə ilə mübarizənin maliyyələşdirilməsi kimi mühüm məsələlər üzrə bir sıra öhdəliklər götürülüb. Tədbirin ev sahibi kimi Böyük Britaniya bir sıra ambisiyalı iqlim öhdəlikləri qəbul etdiyini elan edib və dünya ölkələrinin iqlim dəyişmələri ilə mübarizədə səylərini birləşdirmək üçün bir neçə qlobal iqlim təşəbbüslərini irəli sürüb.

Azərbaycan Gənclər İqlim Konfransı Yer Günü 2022-yə həsr olunub. Tədbirin əsas məqsədi qlobal səviyyədə iqlim böhranı ilə mübarizə yolları haqqında gənclərin məlumalılığını artırmaq və bu məsələdə onların fəallığını artırmaqdan ibarətdir.

Hər il aprelin 22-də ətraf mühitin mühafizəsinə dəstək nümayiş etdirmək məqsədilə təşkil edilən Yer Günü 2022-ci ildə “Planetimizə investisiya edək” şüarı altında keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *