“Azərbaycanda Bərpa Olunan Enerji” mövzusunda Alman-Azərbaycan Davamlılıq Forumu keçiriləcək

image

20-24 iyun 2022-ci il tarixlərində AHK Azərbaycan, RENAC AG ilə birgə Almaniya Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Enerji İxrac Təşəbbüsü layihəsi çərçivəsində alman şirkətləri üçün Azərbaycanda Bərpa Olunan Enerji üzrə işgüzar səfər təşkil edir.

Bu barədə "Berpaolunanenerji.az" Alman-Azərbaycan Xarici Ticarət Palatasιna (AHK) istinadən xəbər verir.

Dörd günlük işgüzar səfər çərçivəsində alman şirkətləri və Azərbaycanın əsas maraqlı tərəfləri 21 iyun 2022-ci il tarixində “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda iştirak etmək imkanı əldə edəcəklər.

Yeni biznes imkanlarından yararlanmaq, yeni layihələrlə tanış olmaq və peşəkar biznes şəbəkənizi genişləndirmək üçün B2B müzakirələrində iştirak etmək şansını qaçırmayın!

Əlavə sualınız yaranarsa, Türkan Məhərrəmova ilə (e-mail: turkan.maharramova@ahk-baku.de tel: +994 12 497 63 06) əlaqə saxlaya bilərsiniz.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *