Azərbaycanda Enerji Effektivliyi Fondu yaradılır

image

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin tədiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda əks olunub.

Qanuna əsasən. enerji effektivliyi fondu aşağıdakı mənbələr hesabına maliyyələşir:

  • enerji resurslarının tarif və qiymətlərində fonda ayrılması nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait);

  • kreditlər və qrantlar;

  • hüquqi və fiziki şəxslərin könüllü ianələri;

  • beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

  • fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər;

  • qanunla qadağan olunmayan digər mənbələr.

Enerji effektivliyi fondunun vəsaiti bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün istifadə olunur.

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *