Azərbaycanda su elektrik stansiyalarının elektrik enerjisi istehsalı 28 % artıb

image

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 383 milyon kVt⋅saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur. Bunun 8 123,8 milyon kVt⋅saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,4 % çoxdur.

"Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 427,7 mln kVt⋅saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,1 % çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *