Azərbaycanın bərpaolunan enerji mənzərəsi – IRENA-nın hesabatı

image

Ötən ilin rəqəmlərinə görə, Azərbaycanda bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 1 291 MVt təşkil edib.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycanda bərpaolunan enerji mənbələrin qoyuluş gücü ümumi gücün 16,9 faizini təşkil edir.

Qeyd edək ki, son on ildə Azərbaycanda bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 292 MVt və ya 1,2 faiz artıb.

Hesabatda mənbələr üzrə qoyuluş gücü rəqəmləri belədir:

  • Hidroenerji – 1 145 MVt;

  • Külək enerjisi – 66 MVt;

  • Günəş enerjisi – 35 MVt;

  • Bioenerji – 45 MVt.

IRENA-nın hesabatına əsasən, 2019-cu ildə ölkəmizdə bərpaolunan enerji mənbələrindən elektrik istehsalı 1 910 mln. kVt-saat olub ki, bu da ümumi elektrik enerjisi istehsalının 7,3 faizini təşkil edib.

Rəqəmlərə əsasən, son on ildə ölkəmizdə bərpaolunan enerji mənbələrindən enerji istehsalı 5,9 faiz; son 3 ildə isə 0,8 faiz azalıb.

Son on ildə Azərbaycanda bərpaolunan enerji istehsalı aşağıdakı kimi olub:

  • 2011 – 13,2 %

  • 2012 – 7,9 %

  • 2013 – 7,0 %

  • 2014 – 6,0 %

  • 2015 – 7,4 %

  • 2016 – 8,8 %

  • 2017 – 8,1 %

  • 2018 – 8,1 %

  • 2019 – 7,3 %

Hesabata əsasən, mənbələr üzrə enerji istehsalı rəqəmləri aşağıdakı kimidir:

  • Hidroenerji – 1 565 mln. kVt-saat;

  • Külək enerjisi – 105 mln. kVt-saat;

  • Günəş enerjisi – 44 mln. kVt-saat;

  • Bioenerji – 109 mln. kVt-saat.

Rəsmi sənəddə ölkələrin bərpaolunan balansı bölməsində Azərbaycanla bağlı statistik göstəricilər də açıqlanıb.

Hesabatda bildirilir ki, 2019-cu ildə Azərbaycanda mənbələr üzrə elektrik enerjisi istehsalı (bir əvvəlki ötən il) aşağıdakı kimi olub:

  • Hidroenerji – 5,7 mlrd. kVt-saat (6,4 mlrd. kVt-saat);

  • Külək enerjisi – 379 mln. kVt-saat (298 mln. kVt-saat);

  • Günəş enerjisi (fotovoltaik) – 159 mln. kVt-saat (141 mln. kVt-saat);

  • Digər bərpaolunan mənbələr – 3 mln. kVt-saat (3 mln. kVt-saat);

  • Bərpaolunan tullantılar – 3,1 mlrd. kVt-saat (3 mlrd. kVt-saat);

  • Bərk bioyanacaqlar – 1,8 mlrd. kVt-saat (1,7 mlrd. kVt-saat).

Rəsmi sənədə görə, 2019-cu ildə Azərbaycanda mənbələr üzrə elektrik enerjisi istehlakı (bir əvvəlki ötən il) göstəriciləri belədir:

  • Hidroenerji – 4,1 mlrd. kVt-saat (4,5 mlrd. kVt-saat);

  • Külək enerjisi – 272 mln. kVt-saat (210 mln. kVt-saat);

  • Günəş enerjisi (fotovoltaik) – 114 mln. kVt-saat (100 mln. kVt-saat);

  • Digər bərpaolunan mənbələr – 3 mln. kVt-saat (3 mln. kVt-saat);

  • Bərpaolunan tullantılar – 505 mln. kVt-saat (412 mln. kVt-saat);

  • Bərk bioyanacaqlar – 1,8 mlrd. kVt-saat (1,7 mlrd. kVt-saat).

Beləliklə, bərpaolunan mənbələrdən elektrik istehsalı 11,1 mlrd. kVt-saat təşkil edib ki, bunun da 36 mln. kVt-saatı ixrac olunub.

Bərpaolunan enerjinin maliyyələşdirilməsi

Hesabata əsasən, 2019-cu ildə Azərbaycanda, özəl investisiyası cəlb etmək məqsədilə dövlət tərəfindən bərpaolunan enerji layihələrinə maliyyə axınları 10 min ABŞ dolları təşkil edib.

2017-ci ildə hibrid sistemlər də daxil olmaqla, təmiz enerjinin araşdırılması və inkişafı, bərpaolunan enerji istehsalını inkişaf etdirmək məqsədilə beynəlxalq təşkilatların maliyyə axınları isə 20 min ABŞ dolları təşkil edib.


 

İnformasiya Portalı İnformasiya Portalı

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *