Azərbaycanın bərpaolunan enerji sahəsinə orta biznes cəlb ediləcək

image

Azərbaycanda bərpaolunan enerji mənbələrinin istifadəsinə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə su elektrik stansiyaların tikintisinə orta investorların cəlb olunmasını təmin edən qanunlar qəbul olunacaq.

"Berpaolunanenerji.az"” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya – Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən hazırlanmış "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

Dağ çaylarının yüksək enerji potensialını diqqəti cəlb edən nazir qeyd edib ki, yaşıl iqtisadiyyat, bərpaolunan enerji artıq həqiqətən həyata keçirilən layihələrdir.

“Bununla bağlı günəş və külək elektrik stansiyalarının tikintisinə dair iki layihə Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan sərmayədarların başçılıq etdiyi konsorsiumlar tərəfindən həyata keçirilir. Həmçinin azad olunmuş ərazilərdə də yaşıl enerji ilə bağlı daha bir layihə də bəyənilib, bir neçə başqası ilə bağlı danışıqlar gedir”, – deyən nazir bu gün işgüzar fəaliyyətin pandemiyanın təsiri altında olduğunu dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra yeni dövrə qədəm qoyub. “Bəyan edilmiş məqsədimiz odur ki, Qarabağda və Şərqi Zəngəzurda həyat keyfiyyətini nəinki ölkənin digər hissəsindəki səviyyəyə çatdıraq, həmçinin, “Yaşıl enerji”, “Ağıllı şəhər” və “Ağıllı kənd” kimi konsepsiyalarla müəyyən mənada yeni standartlar müəyyən edək. Bu səbəbdən, fürsətdən istifadə edərək ayrı-ayrı şəxsləri bu planların icrasında iştiraka dəvət etmək istərdim”, - M.Cabbarov deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *