Azərbaycanın elektrik enerjisinin ixracından əldə etdiyi gəlir 16 faiz artıb

image

Ötən il Azərbaycan 69 343,43 min ABŞ dolları 1 588 412,05 min kVt-saat elektrik enerjisi ixrac edib.

"Berpaolunanenerji.az"ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 16 %, həcmi isə 20 % artıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 59 802,34 min ABŞ dolları dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 22,2 %, həcmi isə 25,3 % azalıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *