Bakıda bərpaolunan enerji mövzusunda iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq

image

Sabahdan başlayaraq oktyabrın 29-dək Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək.

“Berpaolunanenerji.az” xəbər verir ki, tədbir İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə baş tutacaq.

Sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcək. Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulur.

Tədbir çərçivəsində müxtəlif mövzularda (yaşıl sənaye, qida və kənd təsərrüfatı texnologiyası, maliyyə texnologiyaları, bərpaolunan enerji, aviasiya, logistika və s.) panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *