Bakıda günəş və külək elektrik stansiyaları üçün altı geniş ərazi müəyyən edilib – FOTO

image

Bakı şəhərinin Baş Planı çərçivəsində şəhərin əsas mühəndis-kommunikasiya şəbəkəsinin, o cümlədən su və qaz təchizatı, kanalizasiya şəbəkəsi, elektrik enerjisi və rabitə sistemlərinin imkanlarının artırılması və modernləşdirilməsi nəzərdə tutulur. 

Bu barədə “Berpaolunanenerji.az” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytına istinadən xəbər verir.

Bərpa olunan enerji və elektrik şəbəkəsi üzrə təkliflər aidiyyəti dövlət qurumlarının gələcək inkişaf planlarına əsasən, məlumat mübadiləsi və əməkdaşlıq çərçivəsində hazırlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu “Berpaolunanenerji.az”a bildirib ki, yeni Baş plan hazırda təsdiqə göndərilməsi üçün hazırlıq mərhələsindədir. 

Bakı şəhərinin Baş Planına əsasən günəş və külək elektrik stansiyaları üçün əlverişli şəraitə malik altı geniş ərazi müəyyən edilib. Qeyd edilən ərazilərin ümumilikdə sahəsi 3 717 hektar əhatə edə bilər. 

Bərpa olunan enerji təsərrüfatlarının inkişaf sxeminə əsasən, Ələt qəsəbəsi ərazisində 400 MVt və 200 MVt, Zirə qəsəbəsi yaxınlığında isə 100 MVt gücündə günəş elektrik stansiyalarının, Qaradağ rayonunda isə 500 MVt gücündə külək elektrik stansiyalarının yaradılması istiqamətində ərazilər dəyərləndirilib. Həmçinin, Sabunçu və Suraxanı rayonlarının ərazisi bərpa olunan enerji təsərrüfatları üçün geniş potensiala malikdir. 

Yeni Baş planda elektrik enerjisi şəbəkəsinin etibarlılığının və gücünün artırılması məqsədilə Bakının mərkəzi hissəsinin ətrafında 220 kV-luq qapalı dairəvi sistemin qurulması da nəzərdə keçirilib.


 

Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *