Bakıda "Yaşıl" hidrogen və bərpa olunan enerji" forumu keçirilib

image

Noyabrın 29-da Bakıda "Caspian Hydrogen Development Group" şirkətinin təşkilatçılığı ilə "Yaşıl" hidrogen və bərpa olunan enerji" mövzusunda forum keçirilib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, forum zamanı Azərbaycanda davamlı inkişaf layihələri vasitəsilə “təmiz” enerjiyə keçid, külək enerjisi və təmiz hidrogen istehsalı, o cümlədən Qaradağda külək təsərrüfatı layihəsinin həyata keçirilməsində irəliləyiş kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov tədbirdə çıxış edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *