“Baltech” 4,8 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək

image

Türkiyənin “Baltech” şirkəti ölkənin Manisa bölgəsində 4,8 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək.

“Berpaolunanenerji.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihənin dəyəri 3,8 milyon dollardır.

Stansiyada hər biri 450 vat-pik olmaqla 11 520 ədəd panel quraşdırılacaq.

Stansiyanın iqtisadi ömrü 30 il olaraq öngörülür.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *