"BBC World News"da Azərbaycanın yaşıl enerji stansiyalarına aid kadrlar nümayiş etdirilir

image

"BBC World News" televiziya kanalında "Azərbaycanı kəşf et – gələcəyə gedən yol" adlı videoçarx yayımlanır.

"Berpaolunanenerji.az" xəbər verir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan "BBC World News" telekanalında nümayiş etdirilən videoçarxda zəngin mədəni irsə malik olan, keçmişlə gələcəyin astanasında yerləşən Azərbaycanın tarixi və müasir memarlıq abidələrindən, füsunkar təbiətindən, nəqliyyat və texnoloji imkanlarından, ölkəmizdəki sürətli inkişafdan bəhs olunur.

Videoçarxda müasir texnologiyaların Azərbaycana yeni fürsətlər gətirdiyi qeyd olunur, ölkənin nəqliyyat və texnoloji imkanları nümayiş etdirilir. Həmçinin ölkədə yaşıl enerjidən istifadə olunması, ölkənin külək və günəş enerjisi ilə çalışan stansiyaları barədə izləyicilərə məlumat verilir, Qobustanın yaşıl enerji üzrə hibrid elektrik stansiyasına aid kadrlar nümayiş etdirilir.

"BBC World News"un təqdim etdiyi material ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *