“Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupunun görüşü keçirilib

image

Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupunun görüşü keçirilib.

Bu barədə "Berpaolunanenerji.az" Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Görüşdə İşçi Qrupunun həmsədrləri - Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər iştirak ediblər.

Görüş zamanı iki ölkə arasında bərpa olunan enerji sahəsində investisiya imkanları, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji zonası”nın tətbiqi ilə bağlı Türkiyə təcrübəsi və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *