Bərpaolunan elektrik enerjisi stansiyalarının sayına görə Mərakeş Afrika qitəsində liderlik edir

image

Mərakeş bərpaolunan elektrik enerjisi stansiyalarının sayına görə Afrika qitəsində liderlik edir.

"Berpaolunanenerji.az" enerji bazarları üzrə ixtisaslaşmış TAQA Net (Əbu-Dabi) media və araşdırma platformasına istinadla xəbər verir ki, Mərakeş, Misir və Cənubi Afrikanın başçılıq etdiyi Afrika qitəsi ölkələri günəş enerjisi sahəsində layihələr uğrunda yarışır.

Afrika qitəsində günəş, külək və su kimi bərpa olunan enerji mənbələrinin geniş potensialı sayəsində dünyanın ən böyük təmiz enerji elektrik stansiyaları yerləşir.

Afrika ölkələri əlverişsiz ərazilərdə elektrik enerjisinə çıxışı təmin etmək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin çirklənməsinin əsas səbəbi hesab edilən qalıq yanacaqlardan asılılığın azaldılması kimi qlobal məqsədi dəstəkləmək üçün ən böyük təmiz enerji elektrik stansiyalarını tikməyə hazırlaşır.

TAQA Net şirkəti Uarzazat (Mərakeş) şəhərində 510 meqavat gücündə dünyanın ən böyük günəş elektrik stansiyası "Nur"a strateji əhəmiyyət verir. “Nur” ildə 800 min tonadək CO2 emissiyalarının qarşısının alınmasına töhfə verir.

2021-ci ilin yanvarında Mərakeş Es-Suveyra regionunda ümumi gücü 270 meqavat olan Jbel Al Hadid külək stansiyası layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıb.

Beləliklə, Mərakeş təmiz enerji istehsalı üçün ən böyük zavodlara sahib olmaq və təbii potensialından səmərəli istifadə etmək niyyətindədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *