Bərpaolunan elektrik enerjisinin qiymətləri Tarif Şurası tərəfindən müəyyən ediləcək

image

Bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Qanunda deyilir.

Zəmanətli tariflər istisna olmaqla, bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq. Bu, Prezident İlham Əliyevin ötən gün imzaladığı “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərə əsasən təmin ediləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *