"Berpaolunanenerji.az" ilə "Teknofest Azərbaycan" arasında Memorandum imzalanıb

image

6 aprel 2022-ci il tarixində "Berpaolunanenerji.az" İnformasiya Portalı ilə "TEKNOFEST" Azərbaycan nümayəndəliyi arasında qarşılıqlı əməkdaşlıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, Memorandumun predmeti elmi və texnoloji əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, müvafiq mövzuda təbliğat-maarifləndirmə məqsədilə birgə dəstək tədbirlərinin həyata keçirilməsidir.

Qeyd edək ki, Teknofest Türkiyədə milli texnologiyaların inkişafında mühüm rol oynayan, bir çox qurumun tərəfdaşlığı ilə ərsəyə gələn aviasiya, kosmos və texnologiya festivalıdır. Festival 26-29 may tarixlərində Bakıda keçiriləcək.

Festivalın "yaşıl texnologiyalar" müsabiqəsi sənaye sahəsində enerji səmərəliliyini artırmaq, bərpa olunan enerji mənbələrindən istifadə etmək, bərpa olunan enerji mənbələrinin həssaslığını artıracaq texnologiyaları aşkarlamaq məqsədilə keçirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *