Bəxtiyar Aslanbəyli: "Pandemiya nəzərdə tutduğumuz transformasiyaları sürətləndirdi"

image

"Neft-qaz sənayesi və bütövlükdə enerji sənayesi pandemiya dövründə digər sənaye sahələri ilə müqayisədə nisbətən ikiqat çətinliklə üzləşdi. Əslində neft-qaz sənayesi tez-tez böhran şəraiti ilə üzləşir və bu baxımdan böhran vəziyyətlərinin idarə olunmasında daha təcrübəlidir”.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Post-pandemiya dövründə biznes transformasiyası” panelində çıxışı zamanı deyib.

Amma, B.Aslanbəylinin sözlərinə görə, bu dəfəki böhran əvvəlkilərdən ciddi fərqlənir:

“Çünki birinci növbədə pandemiya başlamamışdan əvvəl neft-qaz sektorunda ciddi transformasiya çağırışları var idi. Bura “Net zero”, “2050-ci ilə qədər xarici sıfır öhdəliyə nail olmaq” məsələləri və enerji şirkətlərinin transformasiyası, bərpaolunan enerji ilə bağlı qanunvericiliyin və ictimaiyyətin tələbləri və başqa məsələləri daxildi.

2019-cu ildən başlayaraq 2020-ci ilin əvvəllərinə qədər bp şirkəti və başqa iri şirkətlər öz strategiyalarında ciddi dəyişikliklər etməyə başladılar. Həmçinin onlar öz üzərlərinə müəyyən ciddi öhdəliklər də götürdülər. Bunlar strategiyanın dəyişməsi, neft-qaz sektoruna olan investisiyaların tədricən azaldılması və bunun müqabilində bərpaolunan enerji sahəsinə, aşağı karbonlu neft-qaz hasilatına investisiyaların getdikcə artırılmasıdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *