Beynəlxalq Enerji Agentliyi rəsmi hesabatını dərc etdi ‒ ƏSAS MƏQAMLAR

image

Beynəlxalq Enerji Agentliyi (IEA) özünün "Bərpa Olunan Enerji Bazarı Yenilənməsi" hesabatını dərc edib.

"Berpaolunanenerji.az" bu barədə IEA-nın rəsmi saytına istinadən xəbər verir.

Hesabata görə, 2020-ci ildə illik bərpa olunan enerji gücləri 45 % artaraq 280 GVt-a çatıb ki, bu da 1999-cu ildən bəri ən yüksək illik artım olaraq qeydlərə düşdü. Günəş enerjisi sektorundakı inkişaf, yeni güclərin əlavə olunması rekordları yeniləməyə davam edəcək. Qlobal yeni günəş enerji güclərinin 2022-ci ilə qədər 162 min MVt-a çatması gözlənilir. Bu da 2019-cu ilin post-pandemiya səviyyəsi ilə müqayisədə 50 % çoxdur.

Rəsmi sənəddə bildirilir ki, qlobal külək enerjisinin qoyuluş gücü ötən il 90 %-dən çox və ya 114 GVt artdı. Sektorun illik böyümə sürəti 2021 və 2022-ci illərdə azalsa da, bu 2017-2019-cu illərin orta böyümə sürətindən 50 % çox olacaq.

Hindistanın 2020-ci ildə əlavə etdiyi güc 2019-a nisbətən 50 %-ə düşməsinə baxmayaraq, 2021-ci ildə ölkə bərpa olunan enerji sektoru üzrə rekordları qırmağa davam edəcək.

2021-ci ildə bioyanacaq istehsalının 2019-cu ildəki istehsal həcmi qədər olacağı proqnozlaşdırılır. Qeyd edək ki, 2020-ci ildə istehsal 8 % aşağı düşmüşdür və 2022-ci ildə istehsalın 7 % artacağı proqnozlaşdırılır.

ABŞ-da yeni iqlim hədəflərinin qəbul edilməsi isə ölkədə bərpa olunan enerji sektorunun böyüməsi artıracaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *