Birinci yarımildə Azərbaycanda elektrik enerjisi istehsalı 2,3 faiz artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 315,6 mln. kVt-saat, yəni 2,3 faiz artaraq 13 mlrd. 520,5 mln. kVt-saat olub.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə SES-lər də daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 mln. kVt-saat, yaxud 21,4 faiz artımla 1 mlrd. 162,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVt-saat artaraq 970,6 mln. kVt-saat, digər bərpa olunan mənbələr üzrə isə 6,0 mln. kVt-saat artaraq 192,1 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 46,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 30,7 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə SES-lərdə 899,6 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 62,2 mln. kVt-saat, GES-də 28,3 mln. kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 mln. kVt-saat təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinin ixracı 664,1 mln. kVt-saat, idxal isə 71,1 mln. kVt-saat olub.

Cari ilin iyun ayında isə respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 276,3 mln. kVt-saat, idxalı 10,8 mln. kVt-saat, ixracı 126,2 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *