BMT-nin Baş katibi: “Bir çox şəhərlər bərpa olunan enerji mənbələrinə keçir”

image

BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Şəhərlər Gününə həsr olunmuş müraciətində dünyanın bir çox şəhərlərinin bərpa olunan enerji mənbələrinə keçdiyini və iqlimə davamlı infrastruktur yaratmağa çalışdığını bəyan edib.

"Berpaolunanenerji.az" xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

Paylaşımda deyilir: "Bir çox şəhərlər artıq bərpa olunan enerji mənbələrinə keçid edir, zərərli maddələrin sıfır emissiya hədəfləri müəyyən edir və iqlim dəyişikliklərinə davamlı infrastruktur qurur. Şəhərlərin dayanıqlı dünya qurmaq üçün lokal səviyyədə gördüyü tədbirlər qlobal miqyasda öz əksini tapacaq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *