BMT rəsmisi: "Azərbaycanın "yaşıl" inkişafının maliyyələşdirilməsini dəstəkləyirik"

image

Azərbaycanda "yaşıl texnologiyalar" sahəsinin maliyyələşdirilməsi üçün böyük potensial var.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, təşkilat Azərbaycanın milli prioritetlərini dəstəkləyir: "Ölkənin strategiyaları və prioritetləri dayanıqlıdır və etimad doğurur, bununla əlaqədar biz Azərbaycanın "yaşıl" inkişafının maliyyələşdirilməsini dəstəkləyirik".

A.Frakassetti bildirib ki, Azərbaycanın "yaşıl" ekosistemi təkcə beynəlxalq münasibətlərin deyil, həm də tərəfdaşlıq və özəl münasibətlərin genişləndirilməsi üçün məkana çevriləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *