Böyükşor gölü üzərində 50 MVt gücündə günəş enerjisi layihəsinin ilkin texniki iqtisadi əsaslandırılması hazırlanıb

image

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılan “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə işlər davam etdirilir.

“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Bildirilir ki, layihə çərçivəsində 2022-ci ilin birinci rübündə Böyükşor gölü üzərində 100 kVt gücündə üzən günəş panelləri sisteminin quraşdırılması nəzərdə tutulur.

Eyni zamanda, böyük həcmli güclü üzən günəş enerjisi layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində su hövzələrin təhlili aparılmış və Böyükşor gölü üzərində 50 MVt gücündə günəş enerjisi layihəsinin ilkin texniki iqtisadi əsaslandırılması hazırlanmışdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *