bp "Dünya Enerjisinin Statistik Baxışı" hesabatını dərc edib

image

bp “Dünya Enerjisinin Statistik Baxışı 2021” (Statistical Review of World Energy) adlı hesabatını dərc edib.

“Berpaolunanenerji.az” bp-yə istinadən xəbər verir ki, hesabatda ənənəvi enerji mənbələriylə yanaşı, bərpaolunan enerji statistikaları da dərc olunub.

2020-ci ildəki nizamsızlığa baxmayaraq, külək və günəş enerjisi öndə olmaqla, bərpaolunan enerji məhsuldar şəkildə böyüməyə davam edib.

Diqqət çəkən bir şəkildə, külək və günəş enerjisinin qoyuluş gücü ötən il 238 QVt artdı ki, bu da əvvəlki artımlardan 50 % daha böyükdür. Eyni zamanda, qlobal güc baxımından külək və günəş enerjisinin payı indiyə qədərki ən böyük artım olaraq qeydə alınıb.

Ümumi enerji tələbinin azalmasına baxmayaraq, külək, günəş və hidroelektrikdə artım müşahidə olunub. Enerji istehlakında ən böyük azalma ABŞ, Hindistan və Rusiyada qeydə alındı. Çində isə ötən il enerji tələbinin artığı bir neçə ölkədən biri olaraq ən böyük artım (2,1 %) qeydə alındı.

Hesabata əsasən, enerji istifadəsi nəticəsində yaranan karbon emissiyaları 6,3 % və ya 2,1 qeqaton azalaraq 2011-ci ildən bu yana ən aşağı səviyyəsinə düşdü.

Bərpaolunan enerji (külək, günəş, bioenerji, geotermal daxil, hidroenerji xaric) istehsalı 358 mlrd. kVt-saat qeydə alındı ki, bu da indiyə qədər qeydə alınan ən böyük artımdır. Qlobal külək enerjisi istehsalı 173 milyard kVt-saat, günəş enerjisi istehsalı isə 148 milyard kVt-saat olub.

Bərpaolunan enerjinin artımı 9,7 % oldu ki, bu da on illik orta artımdan (illik 13,4 %) daha azdır.

Günəş enerjisi 1,3 ekzacoul (EC) və ya 20 % ilə rekord bir artım göstərdi lakin bərpaolunan enerjinin böyüməsinə ən böyük töhfəni külək enerjisi (1,5 EC) verdi. Rəsmi sənədə görə, günəş enerjisinin qoyuluş gücü 127 QVt, külək enerjisinin qoyuluş gücü isə 111 QVt artdı.

Hesabata görə, Çin bərpaolunan enerjinin böyüməsinə ən böyük töhfəni verən ölkədir (1,0 EC) və ikinci sırada isə ABŞ (0,4 EC) qərarlaşdı. Avropa isə bölgə olaraq, bərpaolunan enerjiyə 0,7 EC töhfə verdi.

Hesabata əsasən, bərpaolunan enerjinin elektrik istehsalındalı payı 10,3 %-dən 11,7 %-ə yüksəlib.


 

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *