Cəbrayılda GES-in tikintisiylə bağlı bp ilə gərgin danışıqlar bu il bitə bilər

image

Cəbrayıl rayonu ərazisində gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisilə bağlı gərgin danışıqlar aparılır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi ilə bp şirkəti arasında icra müqaviləsi mövcuddur, lakin başlama müqaviləsi hələ ki əldə olunmayıb.

“Gərgin danışıqlar gedir. Bu çox çətin prosesdir. Transmissiya qiyməti, vergi məsələləri var”, deyə Elnur Soltanov qeyd edib.

Nazir müavini həmçinin, qeyd olunan prosesin 2022-ci ildə bitəcəyinə ümid etdiyini də vurğulayıb.

Qeyd edək ki, Cəbrayıl rayonu ərazisində gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi təqribən 200 mln. dollara başa gələ bilər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *