Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra dayanıqlı inkişaf təşəbbüslərinə imza atıblar

image

Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra iqlim və dayanıqlı inkişaf təşəbbüslərinə, o cümlədən "Metan Rəhbər Prinsipləri" təşəbbüsünə imza atıblar.

"Berpaolunanenerji.az"ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclasının yekunlarına dair həmsədrlərin mətbuat üçün birgə bəyanatında bildirilir.

Cənub Qaz Dəhlizinin sonrakı istismarı tədricən müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və sənayenin dayanıqlı inkişaf sahəsindəki ən yaxşı təcrübələrinin tətbiqinə əsaslanacaqdır. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *