Çin 2021-ci ildəki günəş enerjisi hədəfinə çatmaya bilər

image

Çin 2021-ci ildə hədəflədiyi günəş enerjisi gücünə çatmaya bilər.

"Berpaolunanenerji.az" xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildə 55-65 QVt arası qoyuluş gücünün əlavə olunacağı hədəflənsə də, bu göstəricinin 45-55 QVt arasında olacağı gözlənilir.

Cari ilin yanvar-oktyabr aylarında 29 QVt-dan çox yeni günəş enerjisi gücü istifadəyə verilib. Qeyd edək ki, bu dönəmdə panel ixracı 32 % artaraq 82 QVt-ı keçib.

Ölkənin günəş enerjisində ümumi qoyuluş gücü 2015-ci ildən bəri 6 qat artaraq 254 QVt-a çatıb. Çin 2022-ci ildə 75 QVt yeni günəş enerjisi gücü əlavə etməyi hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *