Çinin günəş enerjisi gücü 306 QVt-ı keçib

image

2021-ci ildə Çinin günəş enerjisi gücü 2020-ci illə müqayisədə 14 faiz və ya 54 min 900 MVt artıb.

“Berpaolunanenerji.az”ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çin Milli Enerji Administrasiyası (NEA) açıqlama yayıb.

Məlumata görə, yeni günəş enerjisi gücü ümumi gücün 31 faizini təşkil edib.

Bununla da, Çinin günəş enerjisi gücü 306 min 56 MVt-a çatıb. Bu güc Almaniyanın elektrik enerjisi ehtiyacını qarşılayacaq miqdarda enerji istehsalı anlamına gəlir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *