Corc Dik: "Azərbaycanda mövcud günəş enerjisi infrastrukturu məni heyrətləndirib"

image

"Azərbaycanda mövcud günəş enerjisi infrastrukturu məni heyrətləndirib".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

Səfir: "Mən Naxçıvanda olmuşam və günəşli günlərdə bölgənin elektrik enerjisi tələbatını 100 faiz təmin edəcək beş günəş elektrik stansiyasını görmüşəm. Məni həm də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Azərbaycanda bərpa olunan enerji sahəsində layihələr üzrə tenderlərin keçirilməsi planları da məmnun edir. Bizim şirkətlərimiz Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Ümid edirik ki, bu, yaxın zamanlarda baş tutacaq”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *