Dəniz (okean) enerjisi necə əldə olunur və hansı ölkələrdə istifadə edilir?

image

Dəniz (okean) enerjisi küləyin okean və dənizlərin səthində yaratdığı dalğa hərəkətlərindən əldə edilən alternativ enerji növüdür. Dalğaların su altında yaratdığı hərəkət, xüsusi turbinlər vasitəsilə elektrikə çevrilir. Alternativ enerjinin bu növündən, ümumilikdə, dəniz və okeanlara çıxışı olan ölkələrdə istifadə olunur. 

Dəniz enerjisi istehsalının bəzi mənfi cəhətləri var. Bunlardan birincisi, stansiyanın inşa xərcləridir. Enerji istehsal etmək üçün hər dalğa ölçüsünə görə fərqli stansiya qurmaq gərəkdir. Qurğuların dalğa ölçüsünə özəl olaraq hazırlanması səbəbilə standart bir sistemi yoxdur, bu da yüksək bir inşa xərcləri anlamına gəlir. Gəmi limanları, su canlılarının köç etdiyi və yaşadığı ərazilərdə qurğular inşa edilmir. Bundan əlavə, qurğunu qurarkən dəniz altından yayılan kabellərə də diqqət edilməlidir.

Tükənməyən, sonsuz bir mənbə olan bu enerji növü fosil yanacaqlara olan ehtiyacı azaldır və ətraf mühiti çirkləndirmir və davamlıdır. İnşa xərcləri yüksək olsa da, qurğunu işlətmə, istehsal və baxım xərcləri aşağıdır. Bundan əlavə, bir çox ölkələr qurğu vasitəsilə şor suyu şirin suya çevirərək istifadə edir.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin "Bərpa Olunan Güc Statistikası 2021" hesabatına görə, bu enerji növünün qlobal qoyuluş gücü cəmi 527 meqavatdır. Son on ildə dəniz enerjisinin qoyuluş gücü 24 meqavat artmışdır (2011-ci ildə qoyuluş gücü 503 meqavat olub).

Dəniz enerjisindən istifadədə Asiya və Avropa qitələri böyük gücə sahibdir. Asiya qitəsində bu enerji növünün qoyuluş gücü 260 meqavatdır. Son on ildə qitədə qoyuluş gücü cəmi 1 meqavat artıb (2011-ci ildə qoyuluş gücü 259 meqavat olub). Burada Koreya Respublikası və Çin dəniz enerjisindən istifadə edir. Dünyada dəniz enerjisindən ən çox istifadə edən ölkə Koreya Respublikasıdır-256 meqavat. Çində isə 5 meqavatdır (qeyri-rəsmi rəqəm).

Son on ildə Avropada dəniz enerjisinin qoyuluş gücü 22 meqavat artıb (2011-ci ildə qoyuluş gücü 221 meqavat olub). Hazırda Avropada bu enerjinin qoyuluş gücü 243 meqavatdır, Fransada 214 meqavat; Niderlandda 2 meqavat; İspaniyada 5 meqavat; Birləşmiş Krallıqda isə 22 meqavat qoyuluş gücünə sahibdir. Amerikada dəniz enerjisindən təkcə Kanada istifadə edir-20 meqavat. Okeaniyada isə Avstraliya bu alternativ enerjinin 1 meqavat qoyuluş gücünə sahibdir.

Türkiyədə pilot layihə olaraq Zonquldakda 50 kilovat gücündə stansiya qurulmuşdur. Rusiyada isə bu enerji növünün qoyuluş gücü 2 meqavatdır.

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *