Dünya ölkələrinin yaşıl hidrogen istehsalına marağı artır

image

Avropa İttifaqı ölkələri yaşıl hidrogen istehsalında lazım olan elektroliz təsislərini qurmaq üçün strategiyanı inkişaf etdirir.

“Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, Niderland metanol istehsalında bərpaolunan hidrogen mənbələrinin istifadəsi yollarını axtarır.

İsveç isə, dəmir-polad sənayesində kömür yerinə yaşıl hidrogen və digər təmiz mənbələrin istifadəsini hədəfləyir.

İngiltərə, Dominikan Respublikası və bəzi Avropa ölkələrində sement və əhəng istehsalında enerji mənbəyi olaraq biokütlə və hidrogendən istifadə nəzərdə tutulur.

Çin isə, illik 70 min ton yaşıl hidrogen istehsal etməyi planlaşdırdığı layihə ilə, 1,9 qiqavat günəş, 0,37 qiqavat külək enerjisi gücünü qurmağa hazırlaşır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *