Dünyada bərpa olunan enerji sahəsində işləyənlərin sayı 12,7 milyon nəfərdir - IRENA

image

2021-ci ildə dünyada bərpa olunan enerji mənbələri sahəsində çalışanların sayı 12,7 milyon nəfər təşkil edib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatında bildirilir.

Hesabata görə, bərpa olunan enerji sahəsində işləyənlərin 2/3-i (üçdə ikisi) Asiyada cəmləşib. Dünya üzrə işləyənlərin 42 %-i Çinin (5,37 milyon), 10 %-i Avropa İttifaqının, 10 %-i Braziliyanın, 7 %-i ABŞ-nin, 7 %-i isə Hindistanın payına düşür.

Bərpa olunan enerji mənbələri üzrə nəzər yetirsək, işləyənlərin sayı aşağıdakı kimidir:

  • Günəş enerjisi – 5,2 milyon nəfər;

  • Bioenerji – 3,5 milyon nəfər;

  • Hidroenerji – 2,4 milyon nəfər;

  • Külək enerjisi – 1,3 milyon nəfər;

  • Geotermal enerji – 0,2 milyon nəfər;

  • Digər – 0,1 milyon nəfər.

Hesabatda əsasən, 2030-cu ildə qədər bərpa olunan enerji sahəsində çalışanların sayının 38,2 milyon nəfərə çatacağı proqnozlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *