Dünyada neft-qaz qiymətlərinin oynaması bərpaolunan enerji sektoruna necə təsir edir?

image

Dünyada neft-qaz qiymətlərinin oynamasının bərpaolunan enerji sektoruna ciddi təsiri var. Karbohidrogen ehtiyatlarının ümumi tendensiya üzrə artımı müşahidə edilir. Pandemiya dövründə enişdən sonra artım sürətlənib. Bu da bir növ alternativ enerji resurslarına çıxışı və bu sahədə daha böyük layihələrin həyata keçirilməsini zəruri edir.

İqtisadçı ekspert, Eldəniz Əmirov dünyada neft-qaz qiymətlərinin oynamasının alternativ enerji sektoruna təsirini “Berpaolunanenerji.az”a şərh edib.

Ekspert qeyd edib ki, alternativ enerji mənbələrindən istifadəni əsasən iki səbəb aktual edir: “Birincisi, ətraf mühitə atılan karbon qazı emissiyasının azaldılması, ikincisi neft-qaz qiymətlərinin artımında olan maddi itkiləri qarşılamaq”.

E.Əmirov bildirib: “Alternativ enerji mənbələrinə xərclənən vəsait neft-qaz qiymətlərindən (neft-qaz qiymətlərinin enməsi zamanı) çox olarsa, bu zaman neft-qaz qiymətlərinin aşağı düşməsi alternativ enerji mənbələrinə olan marağı (maddi baxımdan) azaldır”.

Ekspert deyir ki, bu gün dünyanın alternativ enerjiyə marağı təkcə maddiyyat üzərində qurulmayıb: “Ətraf mühitə buraxılan karbon emissiyasının azaldılması məqsədilə alternativ enerji resurslarından istifadə prioritet istiqamətdir”.

“Düşünürəm ki, bütün hallarda neft-qaz qiymətlərinin qalxması alternativ enerji mənbələrindən yaranmasına, bu mənbələrdən maksimal istifadəyə təkan verən ikinci faktordur”, - deyə iqtisadçı ekspert Eldəniz Əmirov söyləyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *