Efiopiya Nil çayı üzərində nəhəng su elektrik stansiyasını işə salıb

image

Son illər Misir, Sudan və Efiopiya arasında mübahisəyə səbəb olan Böyük Efiopiya Renessans Su Bəndi istifadəyə verilib.

"Berpaolunanenerji.az"ın məlumatına görə, Efiopiyanın Baş naziri Abiy Əhməd Nil çayının üzərindəki Afrikanın ən böyük su elektrik stansiyasının turbinlərinin işə salınması münasibətilə öz xalqına təbrik ünvanlayıb.

Misir və Sudan rəsmiləri bəndin istifadəyə verilməsinin öz ölkələrində su ehtiyatlarının azalmasına səbəb olacağı ilə bağlı narahatlıq ifadə ediblər.

Efiopiyanın Baş naziri öz müraciətində bildirib ki, onun ölkəsində əhalinin 40 faizi elektrik enerjisindən məhrumdur. O əlavə edib ki, su elektrik stansiyasının istifadəyə verilməsi Afrikanın əhalinin sayına görə ikinci böyük ölkəsinin bir çox sosial və iqtisadi problemlərini həll edəcək. Baş nazir bildirib ki, indiyədək bəndin inşasına 1,8 milyard dollar vəsait ayrılıb və ümumi dəyəri 5 milyard dollar olan nəhəng obyektdə işlər davam edir.

Efiopiyanın Baş naziri Nil çayının suyundan istifadə edən ölkələrlə əməkdaşlıq edəcəyini də açıqlayıb və Böyük Efiopiya Renessans Su Bəndinin Afrika qitəsi üçün faydalı olacağını söyləyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *