Elektrik enerjisinə necə qənaət etmək olar?

image

Elektrik enerjisinə necə qənaət etmək olar? Hansı məqamlara diqqət yetirilməlidir?

“Berpaolunanenerji.az” xəbər verir ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi bu haqda videoçarx yayımlayıb.

Elektrik enerjisinə qənaətin 4 yolu

1. LED lampalardan istifadə edin. LED lampalar 80 % daha az enerji sərf edir.

2. Elektrik avadanlıqlarını elektrik mənbəyindən ayırın. İstifadə olunmayan elektrik avadanlıqlarını mənbəyindən ayırın. Elektrik avadanlıqlarını mənbədən ayırmaqla həm enerjiyə qənaət edirsiniz həm də cihazınızın uzunömürlülüyünü qoruyursunuz.

3. Təbii işıqlandırmaya üstünlük verin. Təbii işıqlandırmadan faydalanarkən elektrik işıqlandırma cihazlarını söndürün.

4. Enerji sərfiyyatı aşağı olan məişət avadanlıqları alın. Məişət avadanlıqları A-dan G-yə qədər etiketlənib. A və B etiketli yüksək enerji səmərəliliyi sinfinə malik avadanlıqları seçin.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *