Elektrik enerjisinin dayandırılmasına səbəb olan hallar aradan qaldırılandan sonra bir günə bərpa ediləcək

image

Elektrik enerjisinin dayandırılmasına səbəb olan hallar aradan qaldırılandan sonra bir günə bərpa ediləcək.

“Berpaolunanenerji.az”ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə qaydalara aşağıdakı məzmunda 9.13-2-ci və 9.13-3-cü bəndlər əlavə edilib:

“Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir.

Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *