“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

image

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası 19 iyul tarixində videokonfrans formatında keçirilib. 

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, videokonfransı açıq elan edən İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iclasın gündəliyi haqqında məlumat verib.

Gündəliyə uyğun olaraq, İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında və “Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib.

İclasda “Azərişıq” ASC-nin Elektron Hökumət portalı vasitəsilə göstərilən elektron xidmətlərinin analizi, kiçik və orta biznes subyektlərində elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsi, habelə bərpa olunan enerji mənbələri sahəsinə özəl sektorun cəlb edilməsi və əlverişli investisiya mühitinin yaradılması üzrə təqdimatlar və çıxışlar dinlənilib.

Eyni zamanda, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunda Energetika Nazirliyinin əsas icraçı olduğu tədbirlərin icrası barədə məsələlər müzakirə olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *