Elmar Qasımov: "Bərpa olunan enerji layihələrində çalışmaq üçün mütəxəssis hazırlığına əhəmiyyət veririk"

image

"Azərbaycanın da bərpa olunan enerji mənbələrindən istifadə üzrə böyük planları var. Bu sahədə genişmiqyaslı layihələr həyata keçirilməyə başlanılıb".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bərpa olunan enerji mənbələri üzrə keçirilən təlimdə deyib.

"Bu layihələrdə çalışmaq üçün mütəxəssis hazırlığına əhəmiyyət veririk. Yeni yaradılan külək və günəş enerjisi stansiyalarında müəllim və tələbələrin təcrübə keçmələri, gələcəkdə hazırlayacağımız peşəkar məzunların bu layihələrdə işlə təminatı nəzərdə tutulan planlardandır”, - o qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *