Energetika naziri Pərviz Şahbazov Cəlilabadda vətəndaşları qəbul edib

image

Aprelin 21-də energetika naziri Pərviz Şahbazov Cəlilabadda vətəndaşları qəbul edib.

Bu barədə "Berpaolunanenerji.az"a Nazirlikdən məlumat verilib.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə yaranmış cərimə və borcun silinməsi, elektrik enerjisinin keyfiyyəti, kəndlərin elektrik təsərrüfatı, elektrik dirəklərinin vəziyyəti, hava elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi, ərazilərin qazlaşdırılması, işlə təminat, eləcə də bərpa olunan enerji sahəsi üzrə ictimai birliyin yaradılması təklifi ilə bağlı müraciətlərini diqqətə çatdırıblar. 

Vətəndaşların müraciətləri dinlənilib, həlli araşdırma tələb edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbul zamanı Bakı şəhəri, Cəlilabad, Lənkəran və Biləsuvar rayonlarından olan 30-a yaxın vətəndaşın müraciətlərinə baxılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *