Enerji sahəsi ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün yeni qaydalar hazırlanıb

image

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkələrinə qoşulması ilə bağlı üzləşdikləri çətinliklərin aradan qaldırılması məqsədilə yeni qaydaların layihəsini hazırlayıblar.

"Berpaolunanenerji.az"ın AERA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkəsinə qoşulması” mövzusunda görüşdə məlumat verilib.

AERA və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında keçən görüşdə iki qurumun mütəxəssisləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri də iştirak ediblər.

İnteraktiv müzakirə və sual-cavab formatında davam etdirilən görüşdə sözügedən qaydalar layihəsinin qəbul edilməsinin sahibkarların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına töhfə verəcəyi qeyd edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin zəruriliyi bildirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *