“Equinor” şirkətinin dənizdə külək enerjisi ilə bağlı təcrübəsi dinlənilib – FOTO

image

Azərbaycan Respublikası Energetika Nazirliyi və Norveçin “Equinor” şirkətinin birgə təşkilatçılığı ilə seminar keçirilib.

"Berpaolunanenerji.az" Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir ki, onlayn formatda keçirilən seminarda dənizdə külək enerjisi sahəsində geniş müzakirələr aparılıb.

​Seminarda bərpaolunan enerji növlərindən olan dənizdə külək enerjisinin əhəmiyyəti qeyd edilib, həmçinin “Equinor” şirkətinin bu sahədə mövcud təcrübəsi, gələcək layihələr müzakirə olunub.

Daha sonra, Azərbaycanın dənizdə külək enerjisi potensialından danışılıb. Ölkəmizin bu sahədə kifayət qədər potensialının olduğu bildirilib, gələcək əməkdaşlıqlar, dəstək mexanizmi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.


 

Renewables.az Renewables.az

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *